İlk gündən futbolçulara tapşırmışam ki, nizam-intizamı pozan…

D72a7ed3166273881784564357210086340.jpg

“Bu məsələyə qayıtmayacağam. Sadəcə, onu deyə bilərəm ki, kimliyindən asılı olmayaraq, nizam-intizam ilk növbədədir”.

Bunu “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Rauf Əliyevin əvəzedici komandaya göndərilməsinin səbəbi barədə danışarkən deyib.

51 yaşlı mütəxəssis bildirib ki, heç kimi komandadan qovası deyil: “Amma bura gəldiyim ilk gündən futbolçulara tapşırmışam ki, nizam-intizamı pozan, komanda yoldaşına, rəhbərliyə və rəqibə hörmətsizlik edən oyunçu burada ola bilməz”.

Qeyd edək ki, Rauf Əliyevin “Kəpəz”dən ayrılacağı gözlənilir.