İlk mərhələdə Ukraynaya onlarla F-16 verilə bilər – İqnat

1684701654 6454e5f4f297e6454e5f4f297f16832854926454e5f4f297a6454e5f4f297c.jpg

İlkin mərhələdə Qərb ölkələri Ukraynaya onlarla F-16 qırıcısı verə bilər.

Bunu Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat bildirib.

O qeyd edib ki, F-16-ların təhvil verilməsi ilə bağlı tarixi qərar Ukraynanın qələbəsinə təkan verəcək.

“Ümid edirəm ki, bu, mümkün qədər tez baş verəcək. Rəqəmlərə gəlincə, əlbəttə ki, bu təyyarələri heç kim fərdi şəkildə verməycək. Onlar bölmələr formasında göndəriləcək. Cari problemlərin həlli üçün ilk olaraq bir neçə onlarla təyyarə Ukraynaya verilə bilər”, – İqnat vurğulayıb.

Bu gün, həmçinin Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Qərb ölkələri F-16 qırıcılarının Ukraynaya təhvil verilməsi ilə bağlı qərarı “artıq praktiki olaraq qəbul ediblər”.