İllər sonra “Titanik”lə bağlı şok açıqlama

1671446754 755117841011408.jpg

“Titanik” filminin rejissoru Ceyms Kameron filmin finalı ilə bağlı müzakirələrə son qoymaq üçün elmi araşdırmalar apardıqlarını açıqlayıb.

Filmin final səhnəsi ilə bağlı illərdir müzakirələr davam edir. Çoxları Cekin də qapının üstünə çıxsa, sağ qalacağını və qapının hər ikisini tutacaq qədər böyük olduğunu deyir.

Kameron qapının hər ikisini daşıya bilməyəcəyini göstərmək üçün araşdırma başlatdığını deyib: “Biz Kate və Leo ilə eyni bədən kütləsinə malik iki kaskadyordan istifadə etdik və onların hər tərəfinə sensorlar yerləşdirdik. Onları buzlu suyun içinə saldıq və müxtəlif üsullardan istifadə edərək sağ qala biləcəklərini yoxladıq və məlum oldu ki, onlardan biri mütləq ölməli idi”.

Qeyd edək ki, elmi araşdırmanın nəticələri “Titanik”in 25 illik yubileyi ilə bağlı sənədli filmdə paylaşılacaq.