İlon Mask: Tviterin qərargahı evsizlərə sığınacaq olsun

0b3f44d9164965013158966635310343567.jpg

Bu yaxınlarda tviterin ən böyük səhmdarı olan sahibkar İlon Musk San-Fransiskodakı baş ofisini evsizlər üçün sığınacaqa çevirməyi təklif edib.

İ.Mask aprelin 9-u axşam eyni adlı sosial şəbəkədə müvafiq sorğuya başlayıb: “San-Fransiskodakı tviter qərargahını evsizlər sığınacağına çevirmək, çünki onsuz da orada heç kim olmur”, – deyə mesajda bildirilib, bunun altında “bəli” və ya “yox” düyməsini sıxmaq təklif olunur.

Bu günə kimi 1,8 milyondan çox istifadəçi səs verib. 90%-dən çoxu İ.Maskın təklifini dəstəkləyib.