İlon Mask “Twitter” şirkətinin baş direktor vəzifəsini tərk edir

Ae1eaa3216742754341123848691060889.png

ABŞ-ın “NBCUniversal” media korporasiyasının satış direktoru Linda Yakkarino “Twitter” şirkətinin yeni baş direktoru olmaq üçün danışıqlar aparır.

Bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən bildirib.

Nəşr qeyd edib ki, L.Yakkarino 10 ildən çox “NBCUniversal”da işləyib. Bütün karyerası boyunca o, reklamın effektivliyinin qiymətləndirilməsi üsullarının təkmilləşdirilməsinin tərəfdarı olmuşdu.

Qeyd edək ki, mayın 11-də “Twitter” şirkətinin sahibi İlon Mask eyniadlı şəbəkənin səhifəsində altı həftə ərzində baş direktor vəzifəsini tərk edəcəyini açıqladı, yeni namizəd artıq tapılıb.