İlon Maskın atasından etiraf

47567567 pic4 zoom 1500x1500 24457 1659368924.jpg

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın atası 76 yaşlı Errol Mask oğlu ilə fəxr etmədiyini etiraf edib.

Errol Mask bunu “YouTube”da “Kyla and Jackie O” verilişində bildirib. Errol Maskın planetin ən zəngin adamı olan oğlu ilə fəxr edib-etmədiyini soruşduqda o, “Yox” cavabı verib.

Onun sözlərinə görə, böyük oğlu İlon istədiyi qədər xoşbəxt deyil, çünki o, qrafikdən geri qaldığını hiss edir: “İndi olduğu yerdə beş il əvvəl orda olmaq istərdi. O, tərəqqinin gedişindən məyusdur”.