İngiltərə millisi 94 ildir belə uduzmurdu

99ef04eb165529390397523652310303154.jpg

UEFA Millətlər Liqasının 4-cü turunda öz meydanında Macarıstana 0:4 hesabı ilə uduzan İngiltərə millisi son 94 ilin ən acı məğlubiyyətini yaşayıb.

Avtor.az xəbər verir ki, 1928-ci ildə “Uembli”də Şotlandiya yığmasına 1:5 hesabı ilə məğlub olan ingilislər o vaxtdan bəri öz meydanında 4 top fərqi ilə uduzmamışdı.

Qeyd edək ki, 2 xalı olan İngiltərə yığması A Liqasının 3-cü qrupunda son pillədədir.