İngiltərədə quraqlığın hökm sürdüyü ərazilər genişləndirilib və ölkə ərazisinin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib.
Qərardan sonra Şərqi Midlend, Linkolnşir, Northemptonşir, Kent, Şərqi Sasseks, Solent, Cənubi Daunz bölgələri də quraqlıq zonalarına daxil edilib.
Hazırda şiddətli quraqlığın hökm sürdüyü ərazilərdə 45 milyon insan yaşayır. Su istifadəsinə məhdudiyyət tətbiq edilən bölgələrdə isə 27 milyon nəfər yaşayır.
Rəsmilər əhəmiyyətli və davamlı yağış yağmadığı təqdirdə quraqlığın davam edəcəyini bildiriblər.
Apa

