“Intel” şirkəti Rusiyadakı fəaliyyətini dayandırır

582fe2c1a7e49ed64f97c26f4c183c36 10826 38.jpg

Mikroprosessorların aparıcı təchizatçılarından biri olan ABŞ-ın “Intel” şirkəti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.

Bu barədə şirkətin mətbuat xidməti bildirib.

“Bundan sonra biz Rusiyada bütün biznes fəaliyyətini dayandırdıq”, – şirkətin saytında qeyd olunub.

Intel əlavə etdi ki, onlar “işçilərinə, o cümlədən Rusiyada 1,2 min işçiyə dəstək olmaq üçün çalışırlar”.