İnzaqi istefaya göndərildi

Caa14554164809633761225339910383152.jpg

“Breşiya”nın baş məşqçisi Filippo İnzaqi istefaya göndərilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

48 yaşlı məşqçi “Breşiya”nı ötən ilin iyununda çalışdırırdı. Hazırda komanda B seriyasında 31 turdan sonra 54 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, İnzaqi bundan əvvəl “Venetsiya”, “Benevento”, “Milan” və “Bolonya”nı da çalışdırıb.