İqtisadi böhrana görə işıqları söndürəcəklər

236f119f164874387337543278710398452.jpg

Şri-Lanka iqtisadi böhranın dərinləşməsinə görə elektrik enerjisinə qənaət etmək üçün küçə işıqlarını söndürəcək.
Bu barədə Şri-Lankanın enerji naziri Pavitra Vanniaraççi bildirib.

O bildirib ki, 22 milyon əhalisi olan ada hökuməti yanacaq idxalı üçün kifayət qədər xarici valyutası olmadığına görə gündə 13 saatadək elektrik enerjisinin kəsilməsi ilə mübarizə aparır.

“Biz artıq rəsmilərə elektrik enerjisinə qənaət etmək məqsədilə ölkə ərazisində küçə işıqlarını söndürməyi tapşırmışıq”, – nazir deyib.