İran Prezidenti ABŞ-a səfər edəcək

B7d199a6 D7a9 326d B8e0 69e394941fab 850.jpg

İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək.

“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, İran Prezidenti Məsud Pezeşkian sentyabrın 24-də Baş Assambleyanın sessiyasında müxtəlif məsələlər üzrə İranın mövqeyinə, baxışına dair çıxış edəcək.