İranda neft-kimya zavodunda partlayış baş verib

FotoJet 2023 08 30T205419.481.jpg

İranın cənub-qərbində Bəndər-Məhşəhr şəhərində neft-kimya zavodunda partlayış baş verib.

Bu barədə şəhərin Fereydun Bandari məlumat verib.

“Ghadir Petrochemical Co.-da partlayış olub. Xoşbəxtlikdən, itki yoxdur”, – deyə o bildirib.

Məmurun sözlərinə görə, yanğının söndürülməsi üçün mütəxəssislər işləyir.
Hadisənin baş vermə səbəbi və digər detalları müəyyənləşdirilir.