İranda oktyabrın 7-si səhərə qədər hava nəqliyyatına qoyulan məhdudiyyətlər aradan qaldırılır.
Bu barədə İslam Respublikasının Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cəfər Yazerlu bildirib.
“İstismar maneələrinin aradan qaldırılması ilə əlaqədar olaraq, bu gün saat 23:00-dan (Bakı vaxtı ilə saat 23:30) uçuşlar üzrə əvvəlcədən elan edilmiş məhdudiyyətlər ləğv olunub”, – o deyib.


