İranın keçmiş prezidentinə cinayət işi açılıb

648f3aeb5bd3b648f3aeb5bd3c1687108331648f3aeb5bd37648f3aeb5bd38.jpeg

İranın sabiq prezidenti Həsən Ruhani barəsində cinayət məcəlləsinin iki maddəsi üzrə iş açılıb.

APA xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin (Parlament) üzvü Nəsrullah Pejmanfər açıqlama verib.

Onun sözlərinə görə, Həsən Ruhaniyə qarşı 700 min nəfərin şikayətilə bağlı iş prokurorluğa göndərilib, məsələnin ən qısa zamanda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbiri və ya məhkəmə qərarı veriləcəyi gözlənilir.

Həsən Ruhani birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir.