İranın XİN başçısı Livanda səfərdədir

F63a40df 1b60 3cb0 Ab4b 48128eb61919 850.jpg

İranın xarici işlər naziri Abbas Ərakçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün bu ölkədə səfərdədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai “X” səhifəsində bildirib.

O qeyd edib ki, Abbas Ərakçinin başçılıq etdiyi nümayəndə heyətinə İran parlamentinin iki deputatı və Qızıl Aypara Cəmiyyətinin başçısı daxildir.