İranın XİN başçısının Türkiyəyə səfəri təxirə salınıb

229754d7165451196214809340710339087.jpg

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Türkiyəyə səfəri təxirə salınıb.

Avtor.az xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi diplomatik mənbəyə istinadla xəbər verib.

Qeyd olunub ki, 6 iyun tarixində nəzərdə tutulan səfər bir neçə gün təxirə salınıb.

Xəbərdə səfərin hansı səbəbdən təxirə salındığı və yeni tarixi açıqlanmayıb.