İraqdakı beynəlxalq koalisiyanın hərbi bazası raket atəşinə tutulub

B937176d165397118719062052610084660.jpg

İraqın Ənbar əyalətindəki “Ayn əl-Əsəd2 hərbi bazası raket hücumuna məruz qalıb.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın qoşunlarının yerləşdiyi bazaya 5 raket atılıb. Hücum zamanı xəsarət alan olmayıb, dağıntılar da qeydə alınmayıb.

Raketlərin növü və hücumun məqsədi barədə məlumat verilməyib. Raketlərin dəqiq kim tərəfindən atıldığı da məlum deyil.