İsmayıllı-Lahıc yolunun hərəkət hissəsinə qaya parçaları tökülüb

C783eed3158401650464745944810577418.jpg

Bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, dərhal əraziyə Agentliyin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yolun hərəkət hissəsinə tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər yaxın dəqiqələrdə başa çatdırılaraq yol boyu hərəkət bərpa olunacaq.