İsmayıllıya leysan və dolu yağıb – FAKTİKİ HAVA

1683032902 c83c8daa 21d2 4b99 b6cc 7eddb4bf785a 850.jpg

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, saat 16:00-a olan məlumata əsasən Abşeron yarımadasının bəzi yerlərində, Altıağac, Xaltan, Qusaryasaq, Ləzə, Göygöl, Daşkəsən, Gədəbəy, Şamaxı, İsmayıllı, Qobustanda arabir yağış yağıb.

İsmayıllıda saat 15:00, 16:04 və 16:20 radələrində leysan yağış ilə birlikdə diametri 5 mm olan dolu yağıb.