Alpaqutun uğurları ard-arda davam edir.
Beynəlxalq İdman Şəbəkəsi Təşkilatı (ISNO) Dünya Alpagut Federasiyasını (WAF) rəsmi olaraq üzvlüyə qəbul etdi.
Qurumun Baş katibi Marko Tomasini Bakıya etdiyi səfər çərçivəsində Dünya Alpagut Federasiyasının rəhbərliyi ilə görüşərək əməkdaşlıq üçün geniş müzakirələr aparıb və təkliflər irəli sürüb.
Radison Hotelin konfrans salonunda təşkil olunan əməkdaşlığa dair görüşdə Dünya Alpagut Federasiyası tərəfindən Beynəlxalq Əlaqələr üzrə Vitse-prezident Emil Rəhimov və İdarə Heyətinin sədri Vasif Namazov, Beynəlxalq İdman Şəbəkəsi tərəfindən Marko Tomasini və Marko Zerbini iştirak etmişlər.
Görüş zamanı Marko Tomasini ISNO təşkilatı ilə bağlı ətraflı məlumat vermiş qarşılıqlı daha ciddi əməkdaşlıq üçün WAF-ın ISNO-ya rəsmi üzvlük sertifikatını Emil Rəhimova təqdim etmişdir.
Xatrladaq ki, WAF 7 ay əvvəl ISNO təşkilatına müraciət etmişdi. Prosedur gərəyi tələb olunan sənədlər və araşdırmalardan sonra təşkilat, WAF-ı rəsmi üzv etmək üçün müsbət qərar qəbul edib.
Qeyd edək ki, ISNO, öz üzvlərinə yardım göstərmək məqsədi ilə İsveçrədə yerləşən idman təşkilatları tərəfindən yaradılan qeyri-kommersiya təşkilatıdır. ISNO-nun məqsədi, yardım (idarəetmə, konsaltinq, sığorta və s.), üzvlər vasitəsilə şəbəkə və körpü yaratmaqla üzvlərə məqsədlərinə çatmaqda kömək etmək, təşkilatlarının idarə edilməsinə dəstək olmaq.


