İspaniyada meymunçiçəyinə yoluxanların sayı artıb

77edbe5f165316972463939780010631763.jpg

İspaniyada daha 15 nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb.

Avtor.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da, ölkədə bu xəstəliyə yolxanların sayı 51 nəfərə çatıb.

Ən çox yoluxma Madrid kommunasında qeydə alınıb – 47 nəfər. Kanar adaları və ölkənin cənubundakı Əndəlüs bölgəsində hər iki ərazi inzibati vahidində iki yoluxma olaraq cəmi dörd fakt aşkarlanıb.

Hazırda daha 20 nəfərdə xəstəliyin əlamətləri müşahidə olunur.

Hökumət sözçüsü İzabel Rodriges bildirib ki, hazırda əvvəllər çiçək xəstəliyinə qarşı peyvənd olunmamış 40 yaşdan aşağı insanları peyvənd etmək planları yoxdur.

İspaniyanın İctimai Səhiyyə Komissiyası və Ərazilərarası Səhiyyə Şurası ölkədə epidemiyanın qarşısını almaq üçün mümkün tədbirləri müzakirə etmək məqsədi ilə bu gün birgə iclas keçirəcək.