İsrail Qəzzada yaşayış evlərinə və xəstəxanalara hücum edib – 70-dən çox ölü var

52bb9f32 7f33 3d6f Ac00 590680008a3b 850 1 1.jpg

Qəzza zolağının şimalında yerləşən Beyt-Lahiya şəhərinə axşam İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş zərbələr nəticəsində azı 73 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

WAFA agentliyi öz növbəsində bildirib ki, bombardman nəticəsində yaşayış məhəlləsi tamamilə məhv edilib. Onlarla insan yaralanıb. Bir çoxları dağılmış binaların altında qalıb.

Bundan əlavə, yerli xəstəxananın həyətində sığınacaq tapan bir qrup fələstinli İsrailin dronu tərəfindən atəşə tutulub. Həmçinin təcili yardım maşınına birbaşa zərbə endirilib.

Yerli Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri anklavda münaqişənin eskalasiyası sonucunda ümumilikdə 42,5 min fələstinli həlak olub, 100 minə yaxın insan yaralanıb.