İstanbulda dünənki zəlzələdən sonra yeddi binada xəsarət qeydə alınıb

Rrc2dkfl3gwujk1ge1gjq6qde1gortjnxk95qynj 1200.webp

İstanbulda aprelin 23-də baş verən 6.2 bal gücündə zəlzələdən sonra yeddi binada xəsarət qeydə alınıb.

Bu barədə şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum vəziyyətlə bağlı keçirilən mətbuat konfransında bəyan edib.

O, zəlzələ ilə bağlı ümumilikdə 1 399 bina haqqında şikayət daxil olduğunu və aparılan araşdırmalar nəticəsində yalnız yeddi binada az miqdarda zədələnmə aşkar olunduğunu qeyd edib.

Nazir İstanbulda, ümumiyyətlə, 1.5 milyon riskli bina olduğunu və şəhərin yeganə gündəminin zəlzələyə hazırlıq olması gərəkliyini qeyd edib.

Xatırladaq ki, aprelin 23-də İstanbulda ən güclüsü 6.2 maqnitudada olmaqla silsilə zəlzələlər baş verib. Hadisə nəticəsində 150-dən çox insan yaralanıb, bir üçmərtəbəli bina dağılıb. Hadisədən sonra azı 50 afterşok qeydə alınıb.