İstanbuldakı terror aktına görə daha 1 nəfər həbs edilib

8b1ecf6d166974099439767364810513988.jpg

İstanbulun İstiqlal küçəsində törədilən terror aktı ilə bağlı daha 1 nəfər həbs edilib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxs terror aktını törətməkdə şübhəli bilinən Bilal Həsənin qardaşı Əhməd Əl-Hac Nuvasdır. O, məhkəmənin qərarı ilə həbs edilib.

Beləliklə, bu cinayət işi üzrə həbs edilənlərin sayı 25-ə yüksəlib.