İstehlaka yararsız tonlarla qida məhsulu məhv edilib

C0fe0e81 8c0c 3d8c 8cc6 efa330476f17 850.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirləri çərçivəsində istehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib.

Agentlikdən verilən məlumata görə, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə müraciəti əsasında ümumi çəkisi 6,1 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.