İsveçdə yaşayan və Fətullahçı Terror Təşkilatı (FETÖ) istintaqının fərari şübhəlisi olan Bülent Keneşin Türkiyəyə ekstradisiya tələbinin rədd edildiyi bildirilib.
Avtor.az bu barədə Tükiyə saytlarına istinad xəbər verir.
Ali Məhkəmədən verilən açıqlamada ekstradisiya tələbinin qarşılanması üçün şübhəlinin 1 il və ya daha çox müddətə azadlıqdan məhrum edilməli olduğu və Keneş üçün bu şərtin yerinə yetirilmədiyi bildirilib.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 9-da İsveçin baş naziri Ulf Kristersson ilə keçirdiyi birgə mətbuat konfransında “İsveçdə olan FETÖ-dən bu terrorçu Bülent Keneşin Türkiyəyə deportasiyası bizim üçün böyük əhəmiyyət kəsb edir” sözlərini işlətmişdi.
“Today’s Zaman” qəzetinin keçmiş baş redaktoru Keneş İsveçdə yaşayır.
Qeyd edək ki, Türkiyə iyunun 28-də İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammitində üzvlük üçün müraciət edən Finlandiya və İsveçə veto qoyub. Terror təşkilatlarına açıq dəstək verən iki ölkə ilə protokol imzalayan rəsmi Ankara verilən vədlərin yerinə yetirilməsini gözləyir.

