İsveç Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb

Fce34b6a166195224273582211610374730.jpg

İsveç Ukraynaya yeni, sayca yeddinci hərbi yardım paketi hazırlayıb.

Bu barədə İsveçin xarici işlər naziri Ann Linde tviterdə yazıb.

O qeyd edib ki, İsveç Ukrayna Silahlı Qüvvələrinə, təxminən, 50 milyon avro dəyərində artilleriya üçün sursat tədarük edəcək.

Onun sözlərinə görə, bu, Ukrayna üçün sonuncu hərbi dəstək paketi deyil.

İsveç Hərbi Təchizat İdarəsi və Silahlı Qüvvələri hazırda İsveç istehsalı olan “Archer” artilleriya qurğularını və RBS70 daşına bilən zenit-raket komplekslərini Ukraynaya göndərmək imkanlarını araşdırır.