İtaliya A Seriyasının təmsilçisi “Napoli” Türkiyənin “Fənərbağça” klubunun 17 yaşlı ulduzu Arda Gülərin transferi üçün “rəsmi” təklif göndərməyə hazırlaşır.
İtaliyanın “Corriere dello Sport” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, “Napoli”nin idman direktoru Kriştiano Gintoli Arda Gülərin transferi üçün danışıqlara başlayacaq.
Həmçinin qeyd edilir ki, “Fənərbağça” cəbhəsində Gintoli ilə danışıqları idman direktoru Mario Branko aparacaq.
Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi Türkiyə Superliqasında 2, Avropa Liqasında isə 1 qol vurub. (News24.az)




