İtaliyanın 5 bölgəsində fövqəladə vəziyyət elan edilib

43351f7b16452721852314606731111270.jpg

İtaliyanın 5 bölgəsində quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib.

Bu barədə İtaliya hökumətinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən , bu qərar Nazirlər Şurasının iclasında “Po çayı vadisi və Şərqi Alplər regionuna bitişik və onunla əlaqəli ərazilərdə su ehtiyatlarının çatışmazlığı” ilə əlaqədar qəbul edilib.

Bildirilir ki, fövqəladə vəziyyət Emiliya-Romanya, Friuli – Venesia-Culiya, Lombardiya, Piemont və Veneto bölgələrində tətbiq edilib.