İtkin düşmüş kruiz gəmisində 11 sərnişin ölüb

E261489a165086817579357276410434983.jpg

Hokkaydo adası yaxınlığında itkin düşmüş KAZU 1 adlı kruiz gəmisində azı 11 sərnişininin meyitləri tapılıb.

Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibinin müavini Yosihiko İsodzaki məlumat verib.

Daha 15 nəfər itkin düşüb, gəmi hələ də tapılmayıb.

Hadisənin səbəbləri hələlik müəyyən edilməyib.

Xatırladaq ki, aprelin 23-də gəmi ekipajı mühərriklə bağlı problemlər səbəbindən batma haqqında həyəcan siqnalı göndərib.