İyunun 1-dən etibarən bu ölkəyə giriş qaydaları yumşaldılır

Bc45ee46165349706878446139910361699.jpg

Almaniya hökuməti koronavirusa yoluxma hallarının azalması fonunda iyunun 1-dən etibarən yay mövsümü üçün ölkəyə giriş qaydalarını yumşaltmağı planlaşdırır.

Avtor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Almaniyanın səhiyyə naziri Karl Lauterbax bildirib.

“Biz 3G qaydasını (bir çox sahələrdə girişin yalnız Qərb ölkələrinin vaksini ilə peyvənd edilən, xəstə olub sağalan və mənfi koronavirus testinə malik olan şəxslərə şamil edilməsi – red.) avqustun sonuna qədər ölkə ərazisinə giriş zamanı tətbiq etməyəcəyik”, – o deyib.

İyunun 1-dən etibarən ölkəyə qayıdan səyahətçilərin və digər şəxslərin peyvənd olunduğunu, xəstələnib sağaldığını və ya testdən keçdiyini sübut etməsinə ehtiyac qalmayacaq.