Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının prezidenti seçildi

41daca54 7849 475c 9941 82c26786251e.jpg

Azərbaycan Autizm Assosiasiyasının idarə heyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib.

Toplantıda gündəlikdə bir sıra məsələlər müzakirə olunub. Assosiasiyanın sədri Elnur Məmmədli il ərzində görülən işlər barədə Assosiasiyanın idarə heyətinə məlumat verib. Assosiasiyanın prezidenti və baş katibi vəzifəsinə seçkilər keçirilib.

Millət vəkili Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Tuxan Mahmudov Assosiasiyanın fəxri prezidenti, Elnur Məmmədli Assosiasiyanın baş katibi seçilib.

Gündəlikdə duran digər məsələlər müzakirə olunaraq, bir sıra qərarlar qəbul olunub.