Kafedə kütləvi dava – Xəsarət alanlar var

1681472986 fotojet 2023 01 09t225053.361.jpg

Biləsuvar rayonunda kafelərdən birində kütləvi dava olub.

Kafedə yeyib-içən iki qrup arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı deyilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

“Müvafiq ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”, rəsmi məlumatda qeyd olunub.