Kahramanmaraşda daha bir ZƏLZƏLƏ

1680678269 kahramanmaras location districts.png

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.6 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.