Kalın İlham Əliyevə təşəkkür etdi

1676018525 73d66e663424f8961a9b610b6a6fe18a 1841673.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

O, bu gün Prezident İlham Əliyevin dünən bu barədə atdığı tvitə cavab yazıb.

“Tək millət, iki dövlət. Hər zaman. Hər hal və şərtdə”, – deyə Kalın qeyd edib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 18 342 nəfər həyatını itirib, 74 242 nəfər isə yaralanıb.