Kamerun Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bb04af0f165459804195009092510074975.jpg

Kamerun Respublikasının Prezidenti Pol Biya Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi göndərmək üçün mənə xoş bir fürsət yaradır.

Təbriklə yanaşı, Sizə, Azərbaycan xalqına firavanlıq və sülh arzularımı çatdırıram.

Zati-aliləri, cənab Prezident, Sizə olan dərin, səmimi və yüksək ehtiramımı qəbul edin”.