Kamerunda 30-dan çox insan öldürülüb

7776e88b165635965977719013510114124.jpg

Kamerunun qərbində etnik motivli hücum zamanı 30-dan çox insan öldürülüb.

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

“Hücum zamanı uşaqlar, kişilər, qadınlar və qocalar da daxil olmaqla, 30-dan çox adam ölüb. Bəzilərinin başları kəsilib”, – nəşr yerli mənbələrə istinadən yazıb.

Hücum həftə sonu Nigeriya sərhədinə yaxın Bakincoda baş verib. Akvaya rayonu ərazisində qeydə alınnan hücum iki müxtəlif etnik qrup arasında uzun müddətdir davam edən torpaq mübahisəsi ilə bağlıdır.