Kanada hava məkanını Belarus üçün bağlayıb

91f9fec9162574792813596565710064730.jpg

Kanada rəsmi Minskin Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləməsinə cavab olaraq öz hava məkanını Belarus təyyarələri üçün bağlayır.

Bu barədə Kanadanın nəqliyyat naziri Ömər Əlqabra tviter səhifəsində məlumat verib.

“Biz Belarusun Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzünü dəstəkləməsinə cavab olaraq Belarus təyyarələrinin Kanada hava məkanına daxil olmasını qadağan edirik”, – Alqabra yazıb.