Kanadada ərzaq məhsullarının qiymətləri 8,7 faiz bahalaşıb

35613dde16505179372140876431057382.jpg

Kanadada inflyasiya son 30 ilin ən yüksək səviyyəsinə çatıb

Kanadada illik inflyasiya mart ayında sürətlənərək, Ukrayna böhranı və enerji qiymətlərinin yüksəlməsi fonunda son 30 ilin ən yüksək səviyyəsinə çatıb.

İnflyasiyanın səviyyəsi 6,1 faiz proqnoza qarşı 6,7 faiz təşkil edib.

Artan qiymətləri nəzarətdə saxlamaq üçün Kanada Mərkəzi Bankı əsas faiz dərəcəsini 0,5 faiz qaldıraraq indi bir faizə çatdırıb. İnflyasiyanın səbəbləri sırasında pandemiyanın təsirləri, qlobal təchizat zəncirlərinin pozulması, enerji və zəruri malların qiymətlərinin qalxması var.

Kanadada benzinin qiyməti fevral ayına nisbətən 11,8 faiz, keçən ilin eyni dövrü ilə nisbətdə isə 39,8 faiz artıb. Ölkənin statistika xidmətinin məlumatına görə, ərzaq məhsullarının qiymətləri illik müqayisədə 8,7 faiz bahalaşıb. Ən sürətlə artan qiymətlər davamlı istifadə olunan mallar, eləcə də mənzil qiymətləri olub.