Kanadada meymunçiçəyinə yoluxanların sayı artır

Cf98f161165345260849924515110001106.jpg

Kanadada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının sayı artmaqda davam edir və 358-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

“[Kanadanın] əyalətləri və ərazilərində iyulun 6-na olan məlumata görə, 358 meymunçiçəyinə yoluxma halı qeydə alınıb. Mütəxəssislər yerlərdəki həmkarları ilə birlikdə hazırda tədqiqatlar aparır, tədqiqatlar bitdikdən sonra aşkarlanan yoluxma hallarının sayı arta bilər”, – deyə açıqlamada bildirilir.

Qeyd edilir ki, bu günə kimi yoluxma halları ölkənin dörd regionunda qeydə alınıb. Ən çox yoluxma Kvebek əyalətindədir – 236.