Kannavaronun yeni iş yeri

B704ea2c166382804571132588110202493.jpg

İtaliya millisinin sabiq üzvü Fabio Kannavaro karyerasında ilk dəfə Avropa qitəsindən klub çalışdıracaq.

49 yaşlı mütəxəssis İtaliya B seriyası təmsilçisi “Benevento”nun baş məşqçisi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, F.Kannavaronun sonuncu iş yeri Çin millisi olub. O, 2019-cu ildə 6 həftə yığmada işləyib.