1 milyondan çox Kapital Bank müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir
Bu məlumatı Kapital Bank-ın rəsmisi Cavid Mirzəyev mətbuat konfransında səsləndirib.
O qeyd edib ki, bank 2025-ci ildə aidiyyatı dövlət qurumları və Bakı Kart-la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib. “Xüsusən qeyd edim ki, bu yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır.
Rəqəmlərlə danışsaq müştərilərimizin 1 milyondan çoxu bu həlldən istifadə edir. Bu isə bazar payının 55%-ini təşkil edir.



