“Kapital Bank” və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə əməkdaşlığı ilə regionlarda start verilən “Karyera Marafonu 2022” layihəsinin növbəti səfəri Şirvan şəhərinə olub.
Bu barədə Gənclərin İnkişaf və Karyera Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Şirvan, Hacıqabul, Salyan, Sabirabad və Kürdəmir gənclərinin iştirak etdiyi marafonda karyera sərgisi, işəqəbul mütəxəssisləri ilə konsultasiya, açıq havada “Öz daxili potensialımızı necə kəşf edə bilərik?”, “Məsafədən satış”, “Kapital Bank” tarixçəsi və karyera imkanları” seminarları təşkil edilib.
Gənclərin yaranmış sualları mütəxəssislər tərəfindən cavablandırılıb, “Kapital Bank”da olan aktiv vakansiyalar üçün iştirakçıların “CV”ləri qəbul olunub.
Karyera marafonunda aktiv iştirak edən gənclərə hədiyyələr verilib.





