Keçən il “Azərkosmos” neçə ölkəyə xidmət ixrac edib?

1ae6464c164363388283066315910018990.jpg

2021-ci ildə “Azərkosmos” ASC tərəfindən dünyanın 41 ölkəsinə 45,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizidir.

Ötən ilin dekabrında isə “Azərkosmos” ASC dünyanın 28 ölkəsinə 3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. İxracda beş əsas ölkə Fransa (11,4 milyon dollar), ABŞ (10,4 milyon dollar), Birləşmiş Krallıq (9 milyon dollar), Malayziya (6,9 milyon dollar) və BƏƏ-dir (1,9 milyon dollar).