Kəlbəcərdə 30-dan çox yatağın monitorinqi aparılıb

5cbdfd0d16687759553899865731045147.jpg

Kəlbəcər ərazisində 30-dan çox yatağın monitorinqi və təftişi aparılıb.

Bunu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.

Xidmət rəisi dağ qazmalarının aparıldığını qeyd edib:

“11 filiz, 7 yeraltı su ehtiyatı, 19 qeyri-filiz yatağının monitorinq işləri yekunlaşıb. Xüsusən Dəlidağ zonasında dağ qazmaları prosesi aparılmaqdadır”.