Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Nazirlerkabineti

Nazirlər Kabineti görkəmli alim, Sovet kosmik proqramının yaradıcılarından biri olan Kərim Kərimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qərar qəbul edib.

Baş nazir Əli Əsədov imzaladığı qərara əsasən, Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq.

Qərarın icrası çərçivəsində xatirə lövhəsinin hazırlanması və binaya vurulması ilə bağlı aidiyyəti tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, Kərim Kərimov raket-kosmik sənayesinin inkişafında mühüm xidmətləri ilə tanınır. O, uzun illər Kosmik Gəmilər üzrə Dövlət Komissiyasına rəhbərlik edib, Yuri Qaqarinin ilk kosmik uçuşu da daxil olmaqla SSRİ-nin əsas kosmik proqramlarının həyata keçirilməsində mühüm rol oynayıb.