Kılıçdaroğlu hiddətləndi: “Bu əxlaqsızlığa son qoyun!”

1676030006 1647236148 1646221644 1646147941 a87a791f d7cb 3c10 a554 b3a5550c884b 850.jpg

ürkiyədə zəlzələ bölgəsinə yardım göstərən ünlü sənətçi Haluk Levent və onun rəhbərlik etdiyi AHBAP dərnəyinə ünvanlanmış ittihamlar Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluni hiddətləndirib.

CHP lideri Kamal Kılıçdaroğlu Kahramanmaraşdakı zəlzələ qurbanları üçün mütəşəkkil fəaliyyət göstərən və ianə toplayan Haluk Leventin qurduğu AHBAP-ı hədəfə alanlara sərt reaksiya verib.

Kılıçdaroğlu sosial media hesabındakı paylaşımında bildirib:

“AHBAP-a böhtan atmaqdansa, yardımların paylanması koordinasiyasını təmin edin. Başladığınız qarayaxma kampaniyası ən çox zəlzələ qurbanlarına ziyan vurur. Bu əxlaqsızlığa son qoyun. Xalqın qurduğu qurumları yıxmağı ağlınıza belə gətirməyin. Millətin üstünə qaçanları ayağından vurmayın!”.