Kimyəvi zavodda baş verən partlayışda 34 nəfər ölüb

9be71cd2 a6b6 33b0 9b18 fec244db38be 850.jpg

Hindistanın cənubundakı Telanqana ştatında kimyəvi zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Bu barədə ANI agentliyi polisə istinadən məlumat yayıb.

Qeyd edilib ki, onlarla yaralı xəstəxanaya yerləşdirilib. Ştat hökuməti hadisə ilə bağlı araşdırma aparılmasına dair göstəriş verib.

Bazar ertəsi səhər “Sigachi Industries” zavodunda partlayış baş verib. Bu, sənaye binasının dağılmasına və böyük yanğına səbəb olub. Qəzanın baş verdiyi yer hələ də dağıntılardan təmizlənir.