KİV: Azərbaycan Moldovada torpaq icarəyə götürmək istəyir

Db5cea26166556158570967150410059970.jpg

Azərbaycan taxıl bitkilərinin əkini üçün Moldovada ərazi icarə götürməkdə maraqlıdır.

Bununla bağlı məsələ Azərbaycan-Moldova hökumətlərarası komissiyanın 4-cü iclasında müzakirə edilib.

“Xüsusilə Moldovada torpaq icarəyə götürməklə ərzaq buğdası və digər dənli bitkilərin (soya, günəbaxan) istehsalı və ixracı imkanlarını nəzərdən keçirə biləcəyi ilə bağlı məsələ müzakirə edilib”, – deyə bildirilir.

Qeyd edək ki, məlumatı “İnterfax-Azərbaycan” yayıb.